...

Xacmazda ikimərtəbəli evin mətbəxi yanıb

Hadisə Materials 22 İyun 2016 09:36 (UTC +04:00)
Xacmazda gecə saatlarında ikimərtəbəli evdə yanğın baş verib.
Xacmazda ikimərtəbəli evin mətbəxi yanıb

Bakı. Trend:

Xacmazda gecə saatlarında ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mürşüdobad kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ikimərtəbəli 6 otaq və 2 aynabənddən ibarət evin 1 mərtəbəsində mətbəxin tavanı 16 kv.m sahədə və 1 ədəd soyuducu yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti