...

Bakıda 86 yaşlı kişinin meyiti tapılıb

Hadisə Materials 4 İyul 2016 01:51 (UTC +04:00)

Bakı. Trend:

Bakıda mənzildə 86 yaşlı kişinin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü Niyazi İsa oğlu Osmanovun vəfat etdiyi məlum olub.

Xilaesdicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti