...

Tərtərdə "Qrad" raketinin hissəsi tapılıb (FOTO)

Hadisə Materials 14 İyul 2016 17:43 (UTC +04:00)

Bakı. Trend:

Tərtərdə "Qrad" raketinin mühərrik hissəsi aşkar edilib.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

İyulun 14-də ANAMA tərəfindən Ağdam rayonu Mahrızlı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 10 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonu Həsənqaya kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb.

Tovuz rayonu Mülkülü kəndində isə çay kənarında 1 ədəd ГП-7 mülki əleyhqazın hava təmizləyici filtri aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti