...

Bakıda yanğınla nəticələnən yol-qəzası

Hadisə Materials 4 Avqust 2016 18:42 (UTC +04:00)
Paytaxtda yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib
Bakıda yanğınla nəticələnən yol-qəzası

Bakı. Trend:

Paytaxtda yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" və “Opel” markalı minik avtomobillərinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Mercedes" markalı minik avtomobilinin yanar hissələri və yol kənarında quraşdırılmış qaz sayğacı yanıb. Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 16:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti