...

Dənizdə batan 4 nəfər xilas edildi

Hadisə Materials 4 Avqust 2016 20:05 (UTC +04:00)
Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.
Dənizdə batan 4 nəfər xilas edildi

Bakı. Trend:

Bu gün dənizdə batmaq təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:14-də başa çatıb.

Digər analoji hadisə də Xəzər rayonunda baş verib. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:30-da başa çatıb.

Növbəti hadisə isə Sabunçu rayonunda olub. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:48-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti