...

Tovuzda ölümlə nəticələnən qəza baş verib (VİDEO/FOTO)

Hadisə Materials 8 Avqust 2016 20:04 (UTC +04:00)
Bu gün Tovuzda ağır qəza baş verib.
Tovuzda ölümlə nəticələnən qəza baş verib (VİDEO/FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Tovuzda ağır qəza baş verib.

Trend Region TV-yə istinadən xəbər verir ki, Yuxarı Öysüzlü kənd sakini 33 yaşlı Ramiz Məmmədov idarə etdiyi "Mercedes"in sükanına hakim ola bilməyib.

Avtomobil yol kənarındakı qaz borusuna çırpılıb. Sonra isə Çingiz Yusubovun həyətinə girərək aşıb.

Zərbənin gücündən avtomobilin şini qırılaraq bir neçə metr kənara düşüb.

Hadisə zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti