Aeroport yolundakı qəzada yaralanan şəxs dünyasını dəyişdi

Bakı. Samir Əli - Trend:
Avqustun 17-də Bakıda aeroport yolunda baş vermiş yol qəzası nəticəsində ayağını itirən şəxs dünyasını dəyişib.
Bu barədə Trend-ə 3 saylı Şəhər Kliniki Xəstəxanasından məlumat verilib.
Məlumata görə, hadisə nəticəsində ayağının topuqdan aşağı hissəsini itirən 1957-ci il təvəllüdlü Nüsrətəli Yusifov dərhal xəstəxanaya yerləşdirilib və əməliyyata götürülüb.
Aeroport yolunda 3 maşın toqquşub: yaralılar var
Hadisə nəticəsində xəsarət almış digər yaralı - N.Yusifovun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Nəzakət Yusifovanın vəziyyəti isə ağır olaraq qalır.