...

Lənkəranda dənizdə çimərkən batan gəncin cəsədi tapıldı

Hadisə Materials 24 Avqust 2016 09:28 (UTC +04:00)

Bakı. Trend:

23 avqust 2016-cı il tarixində Lənkəran şəhərində dənizdə çimərkən batan şəxsin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, 1992-ci il təvəllüdlü Əli İltifat oğlu Babayevin cəsədi FHN Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyati üzrə təhvil verilib. Əməliyyat saat 08:15-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti