...

Dalaman-Bakı aviareysinin sərnişinində “beşbarmaq” tapılıb

Hadisə Materials 1 Sentyabr 2016 14:46 (UTC +04:00)
Dalaman-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış keçirilib.
Dalaman-Bakı aviareysinin sərnişinində “beşbarmaq” tapılıb

Bakı. Trend:

Dalaman (Türkiyə) - Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda “beşbarmağ”ın təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti