Bakı. Trend:
Sabirabadda Kürdə 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata gröə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Sabirabad rayonu, Narlıq kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.