...

Cəlilabadda noxud oğruları tutulub

Hadisə Materials 3 Oktyabr 2016 12:24 (UTC +04:00)

Bakı. Trend:

Cəlilabadda noxud oğruları tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 30-da Mehman Məlikova məxsus həyətyanı sahədən 8 kisə (400 kq) noxud oğurlamaqda şübhəli bilinən rayon sakinləri Şamxal Səfərov və qardaşı, əvvəllər məhkum olunmuş Fikrət tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti