...

İstanbulda partlayış törətməkdə şübhəli bilinən PKK üzvü saxlanılıb

Hadisə Materials 7 Oktyabr 2016 04:15 (UTC +04:00)
Türkiyənin Aksaray şəhərində, İstanbulda partlayış törədən PKK-lı terrorçu həbs edilib
İstanbulda partlayış törətməkdə şübhəli bilinən PKK üzvü saxlanılıb

Bakı. Trend:

Türkiyənin Aksaray şəhərində, İstanbulda partlayış törətməkdə şübhəli bilinən PKK üzvü həbs edilib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Aksaray polisləri şübhəli bir avtomobili saxlayıb. Avtomobildə olan partlayışı törətməkdə şübhəli bilinən PKK üzvü və yanında iki nəfər həbs edilib.

Qeyd edək ki, İstanbulda polis idarəsinin yaxınlığında motosikletə quraşdırılmış partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 10 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti