...

"Otto" qasırğası ikinci dərəcəli güc toplayıb

Hadisə Materials 24 Noyabr 2016 23:06 (UTC +04:00)

Bakı. Trend:

"Otto" qasırğası ikinci dərəcəli güc toplayıb və artıq Nikaraquaya çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qasırğanın sürəti saatda 177 kilometrə çatıb.

Nikaraquada 10,5 mindən artıq insan təbii fəlakətin ən çox zərər verə biləcəyi zonalardan daha təhlükəsiz yerlərə evakuasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti