...

Masallı və Biləsuvarda ev yanıb

Hadisə Materials 9 Dekabr 2016 10:57 (UTC +04:00)
Masallı rayonunda vətəndaşa məxsus evdə yanğın olub.
Masallı və Biləsuvarda ev yanıb

Bakı. Trend:

Masallı rayonunda vətəndaşa məxsus evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonu, Şatıroba kəndində vətəndaşa məxsus ümumi sahəsi 224 m2 olan kürsülü, birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 6 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Biləsuvar rayonunda baş verib.

Rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 8 m2, döşəməsi 2 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti