...

Rels birləşdiricisi oğurlamaq istədilər - ələ keçdilər

Hadisə Materials 28 Dekabr 2016 12:13 (UTC +04:00)
Sabirabadda dəmir yolu stansiyasından oğurluq edən şəxslər yaxalanıb.
Rels birləşdiricisi oğurlamaq istədilər - ələ keçdilər

Bakı. Trend:

Sabirabadda dəmir yolu stansiyasından oğurluq edən şəxslər yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 26-da Sabirabad rayonunun Osmanlı dəmir yolu stansiyasının ərazisindən 70 ədəd rels birləşdiricisi oğurlamağa cəhd göstərmiş Şirvan şəhər sakini Məhərrəm Orucov və Sabirabad rayon sakini Şahin Mustafayev Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq Şirvan Xətt Polis Şöbəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti