Bakı. Trend:
Samux rayonunda yanğın baş verib.
Trend FHN-in saytına istinadən məlumat verir ki, rayonun Kəsəmən kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 9 ton ot bağlamasının 7 tonu yanıb.
Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.