...

Sabunçuda 5 otaqlı ev yanıb - 1 nəfər ölüb

Hadisə Materials 1 Fevral 2017 09:12 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb.
Sabunçuda 5 otaqlı ev yanıb - 1 nəfər ölüb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti