Bakı. Trend:
Paytaxt sakini evinin eyvanından yıxılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 21-də Yasamal rayonu ərazisində yaşayan 83 yaşlı Zemfira Hacızalova ehtiyatsızlığı nəticəsində evinin eyvanından (3-cü mərtəbə) yıxılıb.
Xəstəxanaya yerləşdirilən Z.Hacızalova orada ölüb.
Araşdırma aparılır.