Masallıda 53 yaşlı kişi xlorofos içib intihar etdi

Hadisə Xəbər 31 Mart 2017 10:32 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Masallı rayonunda intihar hadisəsi olub.

Masallı Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə rayonun Mahmudavar kəndində baş verib.

Kənd sakini, 1964-cü il təvəllüdlü Lələyev Cəsayil Kamil oğlu yaşadığı evdə intihar etmək məqsədi ilə kimyəvi məhlul - xlorofos içib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan C.Lələyevin həyatını xilas etmək mümkün olmayıb. C.Lələyev Masallı rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti