...

"Əhmədli"də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

Hadisə Materials 1 May 2017 13:17 (UTC +04:00)
Bakıda metroda intihara cəhd edən şəxsin kimliyi məlum olub.
"Əhmədli"də özünü qatarın altına atan şəxsin kimliyi bilindi

Bakı. Samir Əli - Trend:

Bakıda metroda intihara cəhd edən şəxsin kimliyi məlum olub.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Trend-ə açıqlamasında bildirib ki, mayın 1-də özünü qatar relslərinin üzərinə atan şıxs Bakı şəhər sakini, 1947-ci il təvəllüdlü Əliyev Qurban Cəbrayıl oğludur.

O, səhər saat 10:39-da özünü metronun "Əhmədli" stansiyasında qatar relslərinin üzərinə atıb və qatar yolunda dayanıb. Dərhal qatar relsindəki gərginlik kəsilib və həmin şəxs oradan çıxarılıb. Q.Əliyev heç bir xəsarət almayıb.

Q.Əliyev bildirib ki, platformada olarkən özünü pis hiss edib və relslərin üzərinə yıxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti