...

İran-Azərbaycan sərhədində partlayıcı maddə tapılıb

Hadisə Materials 20 İyun 2017 16:45 (UTC +04:00)
İranın Azərbaycanla sərhədində yaşayış məntəqəsində partlayıcı maddə aşkarlanıb.
İran-Azərbaycan sərhədində partlayıcı maddə tapılıb

Bakı. Fərhad Daneşvər - Trend:

İranın Azərbaycanla sərhədində yaşayış məntəqəsində partlayıcı maddə aşkarlanıb.

Trend-in məlumatına görə, Ərdəbil vilayəti Nəmin şəhərinin Gülşən kəndinin sakinləri təhlükəsizlik orqanlarına iki gün əvvəl kənddə şübhəli şəxslərin olması barədə müraciət ediblər.

Ərazidə axtarış işləri aparan İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) əməkdaşları yaşayış məntəqəsində 2 kq partlayıcı maddə aşkar ediblər.

Partlayıcı maddə zərərsizləşdirilib. Lakin hər hansı şübhəli şəxsin saxlanılması barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti