Bakı. Trend:
Qusar rayonunda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Qusar rayonunda vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin və dam örtüyünun yanar konstruksiyaları 120 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.