Bakı. Trend:
Dənizdə batmaq təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 16:15-də başa çatıb.
Digər hadisə Xəzər rayonunda baş verib. Dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən 1 nəfər dalğıc-xilasedicilər tərəfində sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:11-də başa çatıb.