...

Suraxanıda "DAEWOO", Sabunçuda "Mercedes" yanıb

Hadisə Materials 17 İyul 2017 07:46 (UTC +04:00)
Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb
Suraxanıda "DAEWOO", Sabunçuda "Mercedes" yanıb

Bakı. Trend:

Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "DAEWOO" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər hadisə Sabunçu rayonunda qeydə alınıb.

Bakı şəhəri, Sabunçu rayonunda Səhiyyə Nazirliyinin balansında olan "Mercedes" markalı təcili tibbi yardım avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 23:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti