...

Dənizdə boğulan xilas edildi

Hadisə Materials 19 İyul 2017 15:57 (UTC +04:00)
Bu gün dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Dənizdə boğulan xilas edildi

Bakı. Trend:

Bu gün dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Səbail rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti