Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin paytaxtı Ankaranın mərkəzində ticarət mərkəzi yanır.
Trend-in məlumatına görə, mərkəzdəki bütün işçilər və müştərilər təxliyə edilib.
Hazırda alovun qarşısını alımaq üçün iş aparıldığı deyilir. Hadisə yerinə çox sayda yanğınsöndürən və xilasedicilər cəlb edilib.
Yanğının baş vermə səbəbləri hələ məlum deyil. Məlumata görə, yanğında xəsarət alan yoxdur.