Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbulda Silivri rayonu Polis İdarəsinin rəisi Hakan Çalışkan bu gün səhər saatlarında iş ötağında ölü tapılıb.
Trend-in məlumatına görə, onun başından aldığı güllə yarasından öldüyü bildirilib.
Lakin hadisənin intihar və ya qətl olması barədə dəqiq məlumat yoxdur.
İnsidentlə bağlı araşdırma başlanılıb.