...

Dərmanları yuyucu vasitə içərisində gətirmək istədi - ələ keçdi

Hadisə Materials 10 Avqust 2017 10:07 (UTC +04:00)
Gömrük əməkdaşları güclü təsir edən maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.
Dərmanları yuyucu vasitə içərisində gətirmək istədi - ələ keçdi

Bakı. Trend:

Gömrük əməkdaşları güclü təsir edən maddələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsində İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı 12 ədəd yuyucu vasitənin içərisində istehsal qablaşması pozulmuş vəziyyətdə, ümumi sayı 1250 ədəd olan "T-Dol-200 Tramadol Hydrochloride Tablets 200 mq" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na daxildir və aşkar olunan 1250 ədəd dərman preparatında tramadolun təsiredici maddəsinin ümumi miqdarı 250 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti