...

Bərdədə qadını öldürüb qaçan sürücü yaxalandı

Hadisə Materials 14 Avqust 2017 14:43 (UTC +04:00)
Bərdədə qadını avtomobillə vurub qaçan şəxs yaxalanıb.
Bərdədə qadını öldürüb qaçan sürücü yaxalandı

Bakı. Trend:

Bərdədə qadını avtomobillə vurub qaçan şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 3.00 radələrində Bərdə rayonunun Şıxlı kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini Şəbnəm İsmayılova vurulub və o, hadisə yerində ölüb.

Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “VAZ-21114” markalı avtomobilin sürücüsü – Yevlax şəhər sakini Rəhim Əlişli tutulub.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti