Bakı. Trend:
Çayda batmış 24 yaşlı gəncin meyiti tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, avqustun 18-də Katex çayının Balakən rayonundan keçən hissəsində batmış 1993-cü il təvəllüdlü Nuriyev Adilxan Nəzirxan oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.