...

Gəncədə 11 evdən oğurluq edən keçmiş məhkum yaxalanıb

Hadisə Materials 20 Sentyabr 2017 12:00 (UTC +04:00)
Gəncə şəhərində evlərdən silsilə oğurluqlar edən şəxs yaxalanıb.
Gəncədə 11 evdən oğurluq edən keçmiş məhkum yaxalanıb

Bakı. Trend:

Gəncə şəhərində evlərdən silsilə oğurluqlar edən şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral-avqust ayları ərzində rayon ərazisindəki 11 evdən məişət əşyaları, inşaat materialları və 70 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mürşüd Hümbətov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti