...

Paytaxtda inzibati binada təmir aparan fəhlə liftin şaxtasına yıxılaraq ölüb

Hadisə Materials 16 Oktyabr 2017 14:00 (UTC +04:00)
Paytaxtda inzibati binanın liftində təmir işləri aparan fəhlə liftin şaxtasına yıxılıb ölüb.
Paytaxtda inzibati binada təmir aparan fəhlə liftin şaxtasına yıxılaraq ölüb

Bakı. Trend:

Paytaxtda inzibati binanın liftində təmir işləri aparan fəhlə liftin şaxtasına yıxılıb ölüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti