...

Füzulidə top mərmisi və tank əleyhinə mina tapılıb (FOTO)

Hadisə Materials 1 Noyabr 2017 18:07 (UTC +04:00)
Füzulidə partlamamış hərbi sursat tapılıb.
Füzulidə top mərmisi və tank əleyhinə mina tapılıb (FOTO)

Bakı. Trend:

Füzulidə partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonu, Şükürbəyli kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 1 ədəd tank əleyhinə mina (TM-57) və 4 ədəd partlamış mərmi qalıqları aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti