...

"AMAY" rəhbərinin həbsdə olan sevgilisinin şikayətinə baxılıb

Hadisə Materials 23 Noyabr 2017 10:37 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"AMAY" rəhbərinin həbsdə olan sevgilisinin şikayətinə baxılıb

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Trend-in məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib.

Qərara əsasən, birinci instansiya məhkəməsinin İ.Baxşıyev barəsində çıxardığı hökm dəyişdirilib və ona şərti cəza təyin olunub.

Digər təqsirləndirilən A.Akimovanın isə apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti və vəzifəli şəxs kimi təqdim edərək, onlara qarşı 1 milyon manat dəyərində dələduzluq edib. Həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir. Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il, İ.Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apelyasiya şikayətləri veriblər.

Xatırladaq ki, AMAY ticarət mərkəzinin sahibi A.Abdulalyev iş üzrə şahid qismində ifadə verib. O, dindirilərkən naxçıvanlı biznesmen A.Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti