...

Argentinanın itən sualtı qayığından SON CÜMLƏ şifrələnib

Hadisə Materials 28 Noyabr 2017 17:58 (UTC +04:00)
Bir neçə həftə əvvəl Atlantik okeanında Argentinanın itmiş “San Xuan” sualtı qayığından alınan son məlumat yayımlanıb
Argentinanın itən sualtı qayığından SON CÜMLƏ şifrələnib

Bakı. Trend:

Bir neçə həftə əvvəl Atlantik okeanında Argentinanın itmiş “San Xuan” sualtı qayığından alınan son məlumat yayımlanıb.

Trend-in məlumatına görə, qayıq itməzdən əvvəl içəridə yanğının başladığı barədə məlumat komandanlığa çatdırılıb.

Məruzıdə deyilir: “Akkumulyatorlara dolan su kütləsi qısa qapanmaya səbəb olub və nəticədə yanğın başlayıb. Qayığın burun hissəsindəki akkulmlyatorlar sıradan çıxıb”.

Daha sonra heyət üzvləri qayığın “batmağa başladığını” bildiriblər.

Qeyd edək ki, “San Xuan” sualtı qayığı ilə əlaqə noyabrın 15-i itib. Qayıqda 44 nəfər heyət üzvü olub.

Xəbər lenti

Xəbər lenti