...

Ağcabədidə ev yanıb

Hadisə Materials 1 Yanvar 2018 22:28 (UTC +04:00)
Ağcabədi rayonunda yanğın olub
Ağcabədidə ev yanıb

Bakı. Trend:

Ağcabədi rayonunda yanğın olub.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, ümumi sahəsi 240 m2 olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti