...

FHN yanğın-taktiki təlimi keçirəcək

Hadisə Materials 24 Yanvar 2018 10:59 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi bu gün saat 14:00-da Bakı şəhəri K.Kazımzadə küçəsi 118-560 ünvanında yerləşən “Qafqaz Point” otelində yanğın-taktiki təlimi keçirəcək.
FHN yanğın-taktiki təlimi keçirəcək

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi bu gün saat 14:00-da Bakı şəhəri K.Kazımzadə küçəsi 118-560 ünvanında yerləşən “Qafqaz Point” otelində yanğın-taktiki təlimi keçirəcək.

FHN-dən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd otellərin yanğından mühafizəsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti