...

İnzibati bina yanıb

Hadisə Materials 1 Fevral 2018 10:19 (UTC +04:00)
Ağdaş rayonunda inzibati binada yanğın olub.
İnzibati bina yanıb

Bakı. Trend:

Ağdaş rayonunda inzibati binada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Mürsəl kəndində ümumi sahəsi 425 kv.m olan inzibati binada 2 otağın və dəhlizin yanar konstruksiyaları 57 kv.m sahədə yanıb, yüksək temperaturdan foyenin lambirdən ibarət tavanı 56 kv.m sahədə əriyib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti