...

Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Hadisə Materials 10 Fevral 2018 08:37 (UTC +04:00)
Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
Ötən gün ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Bakı. Trend:

Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.

Trend-ə DİN-in ətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd olunur ki, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib: "Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti