...

15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı

Hadisə Materials 28 Fevral 2018 10:20 (UTC +04:00)
Tovuz rayonunda 15 yaşlı gənc tonqaldan tullanarkən yıxılıb.
15 yaşlı oğlan çərşənbə tonqalından tullanarkən xəsarət aldı

Bakı. Samir Əli - Trend:

Ötən gün Tovuz rayonunda 15 yaşlı gənc tonqaldan tullanarkən yıxılıb.

Trend-in məlumatına görə, hadisə rayonun Əsrik kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Oruc Teymuraz oğlu həyətlərində qalanmış çərşənbə tonqalından tullanarkən yıxılıb və bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralının vəziyyətinin kafi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti