Bakı. Trend:
Gəncə şəhərində yaşayan Səbuhi İsmayılov yola qəflətən çıxmış oğlu İsmayılı vurub.
DİN-dən Trend-ə verilən məlumata görə, hadisə martın 8-də saat 8 radələrində baş verib.
Belə ki, Səbuhi İsmayılov evinin qarşısında idarə etdiyi “QAZel” markalı avtomobillə yola qəflətən çıxmış oğlu, 2 yaşlı İsmayılı vurub
Uşaq hadisə yerində ölüb.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.