...

İnsan alverində təqsirləndirilən fermerlərə şərti cəza verildi

Hadisə Materials 15 Mart 2018 14:49 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Tofiq Rzayev və qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Rzayev 8 il, V.Rzayev isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilsə də, həbs olunmayıb. Onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilib. Hər iki şəxsə 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

İttihama görə, təqsirləndirilən T.Rzayev və onun qardaşı oğlu V.Rzayev 2000-ci ildən zərərçəkmiş şəxslər - Aleksandr Kolesnikov və İqor Kolesnikova hədə-qorxu gələrək Abşeron rayonunda yerləşən Donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onlar Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti