Bakı. Trend:
Yevlaxda həmkəndlisini qətlə yetirən şəxs saxlanılıb.
DİN-dən Trend-ə verilən məlumata görə, martın 20-də Yevlax rayonunun Yuxarı Salamabad kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş Xəyal Yusifov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Mahir Paşayev saxlanılıb.