...

Türkiyədə 150 tələbə zəhərləndi - Xəstəxanaya yerləşdirildi

Hadisə Materials 29 Mart 2018 10:46 (UTC +04:00)
Türkiyənin Bursa vilayətində Nilüfər rayonunda 150 tələbə xəstəxanaya yerləşdirilib.
Türkiyədə 150 tələbə zəhərləndi - Xəstəxanaya yerləşdirildi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Bursa vilayətində Nilüfər rayonunda 150 tələbə xəstəxanaya yerləşdirilib.

Trend-in məlumatına görə, buna səbəb tələbələrin zəhərlənməsi olub. Hazırda tələbələrin səhhəti normal qiymətləndirilir.

Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşları olduğu bildirilib.

Qeyd edək ki, bundan öncə Ərzurumda Əfqanıstan, Pakistan və İraq vətəndaşları olan 26 xarici tələbə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti