...

DGK: İrandan gələn Azərbaycan vətəndaşı saxlanıldı

Hadisə Materials 31 Mart 2018 13:21 (UTC +04:00)
İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
DGK: İrandan gələn Azərbaycan vətəndaşı saxlanıldı

Bakı. Trend:

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində həmin şəxsin düz bağırsağında dörd ədəd bükümdə xalis çəkisi 37,900 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti