...

Xətaidə qadında narkotik vasitə aşkarlandı

Hadisə Materials 9 Aprel 2018 10:57 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Xətaidə qadında narkotik vasitə aşkarlandı

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

DİN-dən Trend-ə verilən məlumata görə, aprelin 7-də həyata keçirilən tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Bakı şəhər sakini Almas Cəlilovanın rayon ərazisində yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan çəkisi 1 kiloqram 59 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti