...

Sumqayıtda süni göldə batan şəxsin meyiti tapılıb

Hadisə Materials 10 Aprel 2018 12:04 (UTC +04:00)
Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.
Sumqayıtda süni göldə batan şəxsin meyiti tapılıb

Bakı. Trend:

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində süni göldə Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

FHN-dən Trend-ə verilən məlumata görə, aprelin 3-də göldə batdığı ehtimal edilən 1982-ci il təvəllüdlü Qurbanov Tərlan Hüseynalı oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti