...

Bakıda doğma qardaşını öldürən şəxsin məhkəməsi başladı

Hadisə Materials 19 Aprel 2018 11:46 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndrilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakıda doğma qardaşını öldürən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndrilən Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən təqsirləndirilən şəxsin qonşusu Vaqif Kazımov bildirib ki, hər iki şəxsi normal insan kimi tanıyıb: "Həmişə çox sakit olublar, onların evindən heç vaxt səs-küy gəlməyib. Yatsam, yuxuma girməzdi ki, Əli qardaşı Muradı öldürər. Hadisə vaxtı evdə idim, qonşuların səsinə çıxdım. Gördüm Muradın meyiti çöldədir. Bu zaman anası dedi ki, qardaşı vurub öldürüb. Atası işdə idi, zəng edib çağırdıq".

Növbəti proses aprelin 25-nə təyin edilib.

İttihama görə, ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85-də yerləşən binada Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

1990-cı il təvəllüdlü Ə.Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Qətlə yetirilən qardaşı, 1983-cü il təvəllüdlü M.Əliyev isə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti