Bakı. Trend:
Lerik ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla 17:08:06-də Lerik ərazisində zəlzələ qeydə alınıb. Təkanların dərinliyi 29 kilometr, maqnitudası 3,1 olub.
Zəlzələ hiss olunmayıb.