...

Gömrükdə Azərbaycana qanunsuz gətirilən 23 ədəd mobil telefon aşkar edilib (FOTO)

Hadisə Materials 27 Aprel 2018 10:05 (UTC +04:00)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes-Benz C 230" markali nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

DGK-dan Trend-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan edilməyən 23 ədəd mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti